waplog

Azərbaycanda elektron müraciət edən xarici tələbələr üçün “Skype” vasitəsilə onlayn müsahibələr təşkil olunub


Əcnəbi tələbələr tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 85 elektron müraciət qəbul olunub. Buna səbəb əcnəbi tələbələrin UNEC-ə qəbul prosesinin bu ildən etibarən yalnız elektron formada aparılmasıdır.
 
 Universitetdən verilən məlumata görə, bu məqsədlə yaradılan “http://admission.unec.edu.az/” səhifəsi vasitəsi ilə edilən e-müraciətlərin hamısına baxılıb. Belə ki, müraciətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may, 2015-ci il tarixli, 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə əsasən yoxlanılıb.
 
Bundan sonra tələblərə cavab verən müraciətçilərlə “Skype” vasitəsilə onlayn müsahibələr təşkil olunub. Sonda UNEC-də təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib. Hazırda UNEC-də 225 əcnəbi tələbə təhsil alır.
 
 
“2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 51 əcnəbi tələbə qəbul olunub. Onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü magistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər.
Xarici tələbələr əsasən dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər.
 
Tələbələr arasında daha çox Nigeriya vətəndaşları üstünlük təşkil edir – 21 nəfər. Ümumilikdə isə, UNEC-də təhsil alacaq əcnəbi tələbələr Rusiya, Türkiyə, Özbəkistan, Gürcüstan, Tatarıstan, İran, Küveyt və Pakistan vətəndaşlarıdır” – deyə universitetdən bildirilib.
 
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL