waplog

«Facebook» genişləndirilmiş reallığın yaradılması üzərində çalışır


«Tech Crunch» nəşri yazır ki, «Facebook» artırılmış reallıq texnologiyasının yaradılması üzərində işləyir. Bu haqda şirkətin direktoru  Mark Zukerberq «Vanity Fair» texnologiya forumunda məlumat verib. Artırılmış reallıq layihəsi korporasiyanın artıq mövcud olan virtual həllərindən fərqlənir.
 
 
«ICTnews.az» saytı «therunet.com» saytına istinadən yazır ki, virtual həllər ilk növbədə məsafədə ünsiyyətə kökləndiyi halda, artırılmış reallıq texnologiyası ətraf mühitlə qarşılıqlı əlaqənin yaradılmasına kömək etməlidir. Məsələn, istifadəçi gəzinti zamanı dərhal mağaza və ya kafe haqqında «like» və rəyləri görə biləcək. Lakin şirkətin nümayəndəsi bildirib ki, bu cür cihaz yaratmağa uzun müddət lazımdır.
 
 
İlk dəfə 2014-cü ildə məlum olub ki, «Facebook» virtual reallıq texnologiyasının yaradılması üzərində işləyir. Belə ki, həmin vaxt korporasiya «Oculus VR» şlem istehsalçısını satın almışdı. Gələn ilin əvvəlində şirkətin ilk kütləvi məhsulu satışa çıxarılacaq. «Gear VR» qurğusunu 99 dollara satın almaq mümkün olacaq.
 
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL