waplog

Akademik Rasim Əliquliyevin həmmüəllifi olduğu məqalə dünyaca məşhur elmi jurnalda dərc olunub


Hazırda dünya elminin qarşısında duran məsələlərdən biri də kadrların idarə olunmasında personalın qiymətləndirilməsi metodu və onun səmərəliyinin artırılmasıdır. Çünki kadrların idarə olunmasında personalın qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
 
Bu prosesin çoxmeyarlı xarakter daşıması, o cümlədən keyfiyyət və kəmiyyət amilləri qiymətləndirmə problemini daha da mürəkkəbləşdirir. Bu yaxınlarda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun  alimlərinin personalın qiymətləndirilməsi probleminə həsr olunmuş məqaləsi "The Scientific World Journal"da ("Hindawi" nəşriyyat korporasiyası) dərc olunub.
 
 
"Modifikasiya edilmiş qeyri-səlis VIKOR metodu vasitəsilə personalın çoxmeyarlı qiymətləndirilməsi" ("Multicriteria personnel selection by the modified fuzzy VIKOR method") adlı məqalənin müəllifləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudovadır.
 
 
Məqalədə personalın qiymətləndirilməsi üçün təklif edilən qeyri-səlis VIKOR metodu orijinal qeyri-səlis VIKOR metodu ilə eksperimental müqayisə edilib.
 
Əldə olunan nəticələrin təhlili göstərir ki, modifikasiya edilmiş qeyri-səlis VIKOR metodu hesablama mürəkkəbliyi baxımından daha effektivdir və yüksək nəticə göstərir.
 
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL