Elektron səsvermə gələcəkdə qanunvericilikdə öz əksini taparsa, onun reallaşması üçün infrastruktur, texniki problem yoxdur, amma...
Elektron səsvermə gələcəkdə qanunvericilikdə öz əksini taparsa, onun reallaşması üçün infrastruktur, texniki problem yoxdur. Elektron səsvermə bəzi ölkələrdə də pilot qaydada layihə kimi həyata keçirilsə də, özünü doğrultmayıb.
Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bu barədə “Elektron hökumət" bülleteni üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən növbəti brifinqdə məlumat verib. Onun sözlərinə görə, səsvermənin elektronlaşdırlılması ilə bağlı digər ölkələrdə indiyə qədər aparılan təcrübələr hələ ki iflasa uğrayıb və başa çatdırılmayıb. Cəhdlərin uğursuzluğu isə bəzi obyektiv səbəblərlə izah oluna bilər.
Belə ki, elektron səsvermə anonimliyi qoruya bilmədiyi üçün hələlik özündə şəffaflığı tam əks etdirə bilmir. Belə ki, elektron səsvermə ev və ya digər şəraitlərdə keçirilərsə, o zaman fərdə təsir imkanları ehtimalı çoxalır, bu isə son nəticədə seçicinin öz şəxsi fikirlərini ifadə edə bilməsinin qarşısını alır: “Səsvermənin ən böyük faktoru anonimlikdir. Heç kim bilməli deyil ki, kim kimə səs verir. Ona görə də kabinələrə seçici tək daxil olur və veb-kameralar belə o kabinəni göstərmir. Evdən oturub kimsə səs verərsə, ona əməlli-başlı təzyiq də göstərər bilərlər, fikrini də dəyişə bilərlər. Elektron səsvermədə necə əmin olunacaq ki, fərd öz fikrini ifadə edib? Elektron səsvermə ona görə dünyada öz təsdiqini tapa bilmir ki, ilk növbədə bütün bu sadalanan məsələlər öz həllini tapmalıdır. Bu gün səsvermənin elektronlaşdırılması texniki cəhətdən problem deyil, amma səsvermənin şəffaflığına zəmanət verilməsi üçün bu məsələlər tam həll edilməlidir”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL