waplog

“IDC”: “2019-cu ilədək mobil texnologiyalar bazarının həcmi 1,2 trilyon dollaradək artacaq”


Əvvəllər mobil texnologiyalar barədə yalnız əməkdaşların daima iş masası arxasında oturmasından azad olunması təsəvvürü yaranmış olsa da, tədricən təşkilatların əksəriyyəti onların unikal imkanlarını kəşf etməyə başladılar. İqtisadiyyatın bütün sahələrində mobil texnologiyaların tətbiqinə onun öz amilləri zəmin yaradır və bu yolda müəyyən maneələrlə qarşılaşır. Bu barədə "IDC" analitik şirkətinin yeni hesabatında deyilir.
 
Analitiklərin fikrincə, mobil texnologiyaların tətbiqi üçün ən çox imkanlar miqyası və iqtisadiyyatda xüsusi çəkisinə görə istehsal sektorundadır. İstehlak - ticarət, məişət xidmətləri və s. sahələrdə mobil texnologiyalardan müştərilərlə əlaqənin yaxşılaşdırılması, satış həcminin artırılması və loyallığın möhkəmləndirilməsi üçün istifadə edilir. Onların tətbiqi üçün ən ciddi maneə təhlükəsizlik və xüsusilə dövlət və maliyyə sektorunda normativ tələblərin yerinə yetirilməsi problemləri olaraq qalır.
 
"IDC" mütəxəssislərinin qiymətləndirməsinə görə, 2014-cü ildə dünyada mobil texnologiyaların satış həcmi 901 milyard dollar təşkil edib. Onların çox hissəsi smartfon alışına və simsiz şəbəkələr üzrə məlumatların ötürülməsi üçün xidmət ödənişlərinin payına düşüb.
 
2019-cu ilədək bazarın həcminin 1,2 trilyon dollaradək artacağı gözlənilir, -"Computerworld" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL