waplog

Britaniyalılar “Samsung”-a “Galaxy”-ni ən nazik smartfon adlandırmağı qadağan ediblər


Britaniyalılar faydalı əməklə məşğul olmaqdan yorulmurlar və beləliklə, bütün dünyanı daim maraqlı tədqiqatlarla sevindirirlər.

Bu dəfə Böyük Britaniyanın reklam standartları üzrə departamenti 2 smartfonun – “iPhone 4” və “Samsung Galaxy S II”-nin qalınlığını ölçüb.

Britaniya tənzimləyicisi Koreya korporasiyasına “Galaxy S II”-ni dünyada ən nazik smartfon adlandırmağı qadağan edib. Bu göstərici üzrə əvvəlki kimi “iPhone 4” liderlik edir, onun qalınlığı 9,3 millimetr təşkil edir.

Ekspertlər bildiriblər ki, Koreya qurğusunun qalınlığı əsasən 8,7 millimetri ötmür, lakin aparatın aşağı hissəsində 9,9 millimetrə qədər qalınlıq var.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL