waplog

«Open Bionics» şirkəti əlil uşaqlar üçün xüsusi protezlər buraxacaq


Britaniyanın protez istehsalçısı «Open Bionics» şirkəti əlil uşaqlar üçün populyar film və cizgi filmlərində gördüyümüz unikal protezlər seriyası hazırlamaq üçün ABŞ-ın «Disney» şirkəti ilə öz səylərini birləşdirəcək.
 
 
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, protez istehsalçılarının əksəriyyəti öz məhsullarını maksimum dərəcədə real əl-ayaqlara oxşatmağa çalışdığı halda, «Open Bionics» şirkətinin dizaynerləri belə qərara gəliblər ki, uşaqlar müxtəlif super qəhrəman və ya cizgi filmlərinin personajlarında istifadə edilmiş protezlərin oxşarı ideyasını bəyənəcək. «Disney» şirkəti Britaniya istehsalçısına uşaqlar üçün protezlərin hazırlanmasında öz franşizlərindən istifadə lisenziyasına icazə verib.
 
 
«Open Bionics» şirkətinin qurucusu Coel Qibbard, həmçinin «Open Hand» layihəsinin yaradıcısıdır. Bu layihə adi «3D» printerlərin köməyi ilə ucuz və əlçatan protezlərin yaradılması ideyasını təşviq edir.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL