waplog

Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edən GPS naviqasiya proqramı istifadəyə verildi


"Sinam" MMC, yalnız Bakı şəhərini əhatə edən ödənişsiz "Yollar offline"  GPS naviqatorunun davamı olaraq istifadəçilərin gözlədiyi, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edən "Yollar PRO Offline" GPS Naviqasiya proqramını da istifadəyə verdi.

Naviqatorun Azərbaycan və Gürcüstan üzrə naviqasiya xəritələri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış "Gomap.az" elektron layihəsinin xəritələrinin adaptasiya olunmuş versiyaları əsasında yaradılıb. 
 
Yeni GPS naviqasiya proqramının əsas üstünlüklərindən biri onun smartfonlarda və planşetlərdə quraşdırılaraq istifadə oluna bilməsi imkanıdır. Bu proqram, marşrutun planlaşdırılması, həyata keçirilməsi və təyinat məntəqəsinə qədər naviqasiya üçün nəzərdə tutulub. Naviqasiya proqramından internetə qoşulmadan istifadə etmək mümkündür. O, tamamilə təcrid olunmuş halda, internetə qoşulmadan axtarış etməyə və naviqasiya etməyə qadirdir. Xəritələr proqram olan cihazın yaddaşında saxlanılır və ona görə də istifadəçilər rouminq servisindən istifadə etmir və bununla qənaətə müvəffəq olur. Bununla yanaşı, əlavə bağlantı olmadığından cihazın akkumulyatoru daha çox işləyir və səyahət zamanı istifadəçilər üçün əlavə rahatlıq yaradır.
 
Siz istənilən vaxt "Yollar PRO"-nu "www.yollarpro.az" saytından endirib,  aktivasiya kodunu elə buradan əldə edərək,  marşrutunuzu planlaşdırmaq və həyata keçirərkən proqramın "Pro Guidance"  və  "Live Traffic" funksionalından istifadə etmək imkanı əldə etmiş olursunuz. "Yollar PRO"-nu seçərkən, Siz regionun 3 ölkəsi - Azərbaycan, Gürcüstan və Türkiyənin ən mükəmməl xəritələrindən avtomobil və piyada marşrutlarından istifadə etməyə başlayırsınız.
 
Proqramın maraqlı funksionallarından biri  "Live Traffic" vasitəsilə real vaxt rejimində avtomobil yollarında tıxaclar (trafik durumu) haqqında məlumatın əldə edilməsidir.
 
"Yollar PRO Offline" naviqatorunun xəritələrində:


 
haqda məlumat vardır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL