Robotlar insanların hərəkətini proqnozlaşdıracaq
İllinoysk Universitetində çalışan tədqiqatçıların hazırladığı alqoritm sayəsində robotlar insanların hərəkətlərini öncədən proqnozlaşdıra biləcək.
Yeni proqram təminatı sayəsində robotlar insanların qarşıdakı dəqiqələrdə hansı hərəkəti edə biləcəyini proqnozlaşdıracaq: məsələn, insan tapançadan güllə atacaq və ya hadisə yerini tərk edəcək.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, tədqiqatçılar Castin Qorovis və Ceyms Patton bildirirlər ki, belə robotlar hüquq pozuntuları zamanı insanların məqsədinin (məsələn, terrorçunun növbəti addımını müəyyənləşdirmək) müəyyənləşdirilməsində istifadə olunacaq, həmçinin insanlara yollardakı vəziyyətə nəzarət etməkdə kömək edəcək.
"Təsəvvür edin ki, sinəsinə bomba bağlamış terrorçu insan kütləsinin üzərinə doğru qaçır, sözügedən texnologiya terrorçunun kimi hədəf aldığını müəyyənləşdirməyə imkan verəcək və insanlar xilas olacaq" - Qorovis deyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL