waplog

Bakı şəhəri və onun qəsəbələrində rabitə xidmətlərinin yaxşılaşdırılması işləri davam etdirilir


Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, qəsəbədaxili yolların salınması işləri davam etdirilir. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu haqda prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib. Nazirin sözlərinə görə, hesabat dövründə ümumi daxili məhsul 3.7 faiz artıb:
 
 “Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artıb. Sənaye 2.1 faiz, o cümlədən qeyri-neft sənayesi 10.2 faiz, kənd təsərrüfatı 6.7 faiz, informasiya və rabitə xidmətləri 8.8 faiz, pərakəndə ticarət 11.4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6.2 faiz artmış, inflyasiya 3.7 faiz təşkil edib. Hesabat dövründə tikinti materialları, metalkonstruksiyalar, elektrotexniki avadanlıqlar, tekstil və digər sənaye məhsullarının istehsalı üzrə 200-dən çox müəssisə və obyekt istifadəyə verilib. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib”.
 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL