waplog

İT tarixində ən bahalı saziş imzalanıb


ABŞ-ın «Dell» şirkəti rəsmən «EMC» məlumatların saxlanılması sistemləri üzrə aparıcı istehsalçnı 67 milyard dollara satın almaq niyyətini elan edib. Bu sazişin dəyəri İT sənayesi tarixində ən böyük olacaq.

«Dell» şirkəti «EMC» məlumatların saxlanılması sistemləri istehsalçısını 67 milyard dollara satın alacaq, yəni 1 səhm üçün 33 dollar ödəyəcək. Bundan başqa, ABŞ şirkəti «Vmware» virtuallaşdırma üzrə proqram istehsalçısına sahiblənəcək, çünki sonuncunun 80 faizi «EMC»yə məxsusdur.

EMC

«EMC» - məlumatların saxlanılması, idarəsi və mühafizəsi üçün proqram təminatı, avadanlıq və «bulud» həllər istehsalçısıdır. Xarici məlumat massivlərinin ən böyük tədarükçüsüdürr. «IDC» tədqiqat şirkətinin məlumatına əsasən, şirkət bu bazarda gəlir həcminə birinci pilləni tutur.

Dell

«Dell» şirkəti fərdi kompüterlərin tədarük həcminə görə üçüncü pillədə qərarlaşıb.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL