«Microsoft Edge» brauzeri hələ ki istifadəçilərin rəğbətini qazanmayıb
«Windows 10» əməliyyat sistemi (ƏS) ilə birgə nümayiş etdirilmiş yeni «Microsoft Edge» brauzeri hələ istifadəçilər arasında populyarlıq əldə etməyib.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, yeni brauzerin istifadəçilərin «Internet Explorer» ilə bağlı . Belə ki «Windows 10» ƏS-ni quraşdırmış istifadəçilərin 70 faizindən çoxu «Google Chrome» brauzeri, 13-14 faizi isə «Mozilla Firefox» brauzeri ilə işləyir. «Microsoft Edge» brauzerinin payı 11-12 faiz təşkil edir.
Bildirək ki, «Windows 10» ƏS-ni öz kompüterinə quraşdıranların sayı 100 milyonu ötüb. Brauzerin belə zəif populyarlığının səbəbi hələ ki bilinmir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL