Avtomatlaşdırılmış kitabxana sistemi ilə bağlı bölgələr üçün treninqlər keçirilir
Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı bölgələr üçün növbəti treninqlərə başlanılıb.
Milli kitabxanada baş tutan treninqlər 10 gün davam edəcək.
Treninqdə Yevlax, Füzuli, Tərtər, Xocavənd, Laçın, Ağdam rayon MKS-lərinin və Respublika Gözdən Əlillər Kitabxanasının mütəxəssisləri iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənəcək, yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyini bildirib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL