Bir ayda RYTN-in telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı 66 mini keçib
Sentyabr ayında “Elektron hökumət” portalı üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ən çox istifadə olunan 6 elektron xidməti arasında ikinci yerdə “Telefon nömrəsi üzrə axtarış” xidməti qərarlaşıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay portal istifadəçiləri telefon nömrəsi üzrə axtarış sisteminə 66807 dəfə müraciət edib.
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL