Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi İnformasiya Sisteminin hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) İKT strategiyasının tətbiqi və resursların səmərəli idarə edilməsi istiqamətində tədbirlər cari ilin 9 ayında davam etdirilib.
Beynəlxalq və yerli ekspertlər tərəfindən Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi İnformasiya Sisteminin hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir. Bakı şəhərində müasir dizaynlı və son nəsil yeni texnologiyalarla təchiz edilən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin yeni inzibati binası tikilib.
Eyni zamanda, Şamaxıda Ehtiyat Məlumat Mərkəzinin də tikintisi başa çatdırılıb. Komitə sədri Kərəm Həsənov bu barədə ƏMDK-də keçirilən müşavirədə məlumat verib. Komitədən qeyd edilib ki, sədr Dünya Bankının dəstəyi ilə həyata keçirilmiş Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə toxunub və bildirib ki, 2007-ci ildən icra olunmuş və bu il yekunlaşmış layihə çərçivəsində əhəmiyyətli tədbirlər görülmüş və layihə uğurla başa çatdırılıb:
“Onu da qeyd edim ki, illik xüsusi hesabat formasını təqdim etməli olan səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5800-dən çox illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4400-ə yaxını isə elektron formada təqdim edilmişdir. 220-dən çox səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib. Həmçinin 2015-ci ilin yanvar-sentyabr aylarında 145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 28 minə yaxını ilkin, 117 mindən çoxu isə təkrar qeydiyyata aid olub. Hesabat dövründə 30 mindən çox ipoteka müqaviləsi qeydə alınıb”.
Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 95 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 70 minə yaxını onlayn üsulla həyata keçirilib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 98 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL