waplog

Gələcək mobil texnologiyalar üzərində qurulacaq


«Code Mobile» konfransında çıxış edən İT nəhəngin baş vitse-prezidenti Amit Sinqxal bildirib ki, «Google» axtarış sistemi dünya üzrə ilk dəfə kompüter və noutbuklardan deyil, mobil qurğulardan daha çox sorğu qəbul edib.
 
 
«ICTnews.az» saytı «vesti.ru» saytına istinadən yazır ki, bundan əvvəl şirkətin nümayəndəsi bildirmişdi ki, ABŞ, Yaponiya və adı açıqlanmayan daha 8 ölkədə mobil sorğular masaüstü sorğuları ötmüşdü. İndi bütün dünya üzrə nəticədən söhbət gedir.
 
 
Bu halda, «Search Engine Land» nəşri yazır ki, fərdi kompüterlərdən edilən sorğuların sayı artmağa davam edir, «ComScore» tədqiqat şirkətinin məlumatları buna sübutdur. Sadəcə, mobil sorğular yüksək templə artır.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL