waplog

2019-cu ilə videotrafikin 72 faizi «CDN» şəbəkələrinin payına düşəcək


«J'son & Partners Consulting» şirkəti 2015-ci ilin sentyabrı üzrə dünyada «CDN» bazarının qısa icmalını təqdim edib.
 
 
Analitiklər bildirib ki, internet istifadəçilərinin sayının çoxalması və ötürülən internet trafikinin həcminin artımı kimi amillər dünyada «CDN» şəbəkələrin istifadəyə verilməsi üçün zəmin yaradıb. Məzmun tədarükünün idarə edilməsi getdikcə mürəkkəbləşirdi və ilk «CDN» operatorları bu problemin həlli üçün öz xidmətlərini təklif ediblər. İlk dəfə «Akamai», «LimelightNetworks» və «CDNetworks» şirkətləri «CDN» bazarını öyrənib.
 
 
Populyar videoxidmətlərin inkişafı ilə əlaqədar «CDN» "ağır" məzmunun istehlakçıya təqdim olunmasında əsas kanala çevrilir. Proqnoza görə, 2019-cu ilə videotrafikin 72 faizi «CDN» şəbəkələrinin payına düşəcək. İndi bu göstərici 57 faiz təşkil edir.
 
 
2014-cü ilin nəticəsinə görə, «CDN» şəbəkələrində qlobal trafikin həcmi 16,7 ekzabayt təşkil edib. 2019-cu ilə bu göstərici 84,3 ekzabaytadək yüksələcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL