Azərbaycan Milli Elmlər Akademiyası ilə Avropa Nüvə Tədqiqatları Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycan Milli Elmlər Akademiyası ilə Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Müzakirələr AMEA prezidenti, akademik Akif Əlizadənin CERN-in "ALİCE" təcrübəsinin sədri, professor Paolo Ciubellinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.
Akademiyadan bildirilib ki, akademik Akif Əlizadə qonaqlara AMEA-nın strukturu və əsas fəaliyyət istiqamətləri, eləcə də AMEA ilə CERN arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Nüvə tədqiqatları sahəsində sözügedən təşkilatın təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən Akademiya rəhbəri ikitərəfli əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə edib.
Professor Paolo Ciubellino isə öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Qonaq Avropa Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyəti və Azərbaycanla əlaqələri, eləcə də mərkəzin "ALİCE" təcrübəsi haqqında ətraflı məlumat verib. Həmçinin bildirib ki, CERN-ə üzv dövlətlər öz ölkələrinin sənayesinin texniki və texnoloji inkişafı üçün çox dəyərli sifarişlər alırlar. İcra olunan yenilənmələr materialşünaslıq, texnika və texnologiyalar sahələrində sıçrayışlı irəliləmələri gerçəkləşdirən yeni kəşflərin tətbiqini labüd edir və bu sifarişləri icra edən şirkətlər ən qabaqcıl texnika və texnologiyalara sahib olurlar. Bu sahədəki fəaliyyəti təhlil edərək icra olunan layihələrdə iştirak etmək üçün Azərbaycanın texniki və texnoloji potensialına adekvat təkliflər hazırlamaqla sənayenin inkişafına çox dəyərli töhfə vermək mümkündür.
Professor Paolo Ciubellino AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik edəcəyi nümayəndə heyətini 2016-cı ilin aprelində Avropa Nüvə Tədqiqatları Mərkəzinə səfərə dəvət edib.
Tədbirdə AMEA nümayəndələri və digər qonaqlar da hər iki təşkilatın əməkdaşlıq perspektivləri haqqında öz fikirlərini bildirib, həmçinin AMEA və CERN arasında niyyət protokolunun hazırlanması üçün razılıq əldə edilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL