waplog

Azərbaycanda onlayn uçota alınan sığortaolunanların sayı bir ay ərzində 8,3 faiz artıb


Ölkəmizdə elektron xidmətlərə artan maraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xidmətlərində də özünü göstərir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay fonda məxsus “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən “Elektron hökumət” portalı (e-gov.az) üzərindən  15697 dəfə istifadə olunub.
 
Sentyabrda adıçəkilən xidmətə edilən müraciətlərin sayı avqusta nisbətən 8,3 faiz çox olub.
 
Bu xidmət vasitəsi ilə  sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu həyata keçirilir.
 
Elektron xidmətin göstərilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri sığortaolunanlar haqqında sığortaedən tərəfindən təqdim edilmiş elektron ərizələrə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır.
 
Onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.
 
 CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL