waplog

Azərbaycanın İT mütəxəssisləri “Spector 360 Recon” həlləri üzrə vebinarda iştirak edə bilərlər


Azərbaycanın İT mütəxəssisləri “Headtechnology” şirkətinin oktyabrın 15-də və 20-də qlobal şəbəkədə keçirəcəyi vebinarda iştirak edə bilərlər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, vebinar “Spector 360 Recon” (istifadəçinin hərəkətlərinin təhlili) və  “Spector 360” (əməkdaşların monitorinqi) həllərinin texniki nümayişinə həsr olunacaq. Verbinarda iştirak etmək üçün internet ünvanında qeydiyyatdan keçə bilərlər.
 
Xatırladaq ki, “Headtechnology” şirkəti "Headtechnology Group” beynəlxalq şirkətlər qrupunun bir hissəsidir.
 
Şirkət informasiya təhlükəsizliyi həllərinin distibusiyasında ixtisaslaşır və Azərbaycanla Gürcüstan ərazisində  korporativ informasiya resurslarının mühafizəsi sahəsində çalışan “Blue Coat”, “MobileIron”, “SpectorSoft”, “ForeScout” kimi aparıcı şirkətləri təmsil edir.
 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL