waplog

ABŞ-da dronların zərərsizləşdirilməsi üçün qurğu yaradılıb


ABŞ-ın Battel Memorial İnstitutunun mütəxəssisləri pilotsuz uçan aparatların (dronlar) zərərsizləşdirilməsi və məcburi enişi üçün "Drone Defender" adlı yeni portativ sistem təqdim ediblər.
 
Qurğu xarici görünüşünə görə tüfəngi xatırladır, lakin silahda adi lülə əvəzinə iki antena quraşdırılıb. "Drone Defender" şüasının hədəfinə tuş gələn kiçik dron idarəetmə pultu və "GPS" peykləri ilə rabitəni itirir və enməyə və ya yerə düşməyə başlayır.
 
Çəkisi 4,5 kq təşkil edən "Drone Defender" 400 metr məsafəyədək olan kiçik dronları zərərsizləşdirməyə imkan verir və beş saat ərzində durmadan işləyir. Mütəxəssislərin sözlərinə görə, qurğudan buraxılan bütün kiçik pilotsuz aparatlar ilə mübarizə üçün istifadə etmək olar.
 
"Drone Defender" tərtibatçıları qeyd edirlər ki, dronlarla mübarizədə onların yaratdığı qurğu pilotsuz uçan aparatları fiziki məhv edən odlu silahdan daha yaxşıdır. Qurğunun qiyməti və tətbiqi ilə bağlı planlar barədə məlumat verilmir, - "NEWSru"  yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL