“Türksat-4B” sabah “Proton-M” raketdaşıyıcısı ilə orbitə göndəriləcək
Türkiyənin "Türksat-4B" telekommunikasiya peyki oktyabrın 16-da Qazaxıstanın Baykonur kosmodromundan "Proton-M" raketdaşıyıcısı ilə kosmosa buraxılacaq.
Türkiyənin "Turksat Satellite Communication" peyk operatorunun sifarişi ilə Yaponiyanın "Mitsubishi Electric" şirkəti tərəfindən istehsal edilən "Türksat-4B" kommersiya telekommunikasiya peykidir. Peyk Türkiyə daxil olmaqla qərbi Çin və şərqi İngiltərə ərazisinə, eləcə də Avropa, Yaxın Şərq və Orta Asiyanın bir hissəsinə telekommunikasiya və birbaşa televiziya yayımı xidmətləri göstərəcək.
50º şərq uzunluğu orbital mövqeyində yerləşəcək və layihə üzrə istismar müddəti 30 il təşkil edən "Türksat-4B" çoxlu transponderlərlə təchiz edilib.
Kosmik aparatın buraxılması ilə Türkiyənin kosmik rabitə sahəsində malik olduğu tutumları genişləndirmək, eləcə də əhatə zonasında xidmətlərin göstərilməsində etibarlığı artırmaq nəzərdə tutulur.
Çəkisi 4924 kq, transponderlərinin sayı 36 təşkil edən peyk yüksək elastikliyi, xidmət göstərdiyi zonada rabitə xidmətləri təqdim etmək üçün qoşulma və istifadəçilərə müxtəlif xidmətlər göstərmək imkanı ilə xarakterizə edilir, - "Mediasat" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL