waplog

Cexiya ilk dəfə yeni şirkətlərin maliyyələşdirilməsinə vəsait ayıracaq


Çexiya hakimiyyəti startapların dəstəklənməsi məqsədilə ilk dəfə 2 milyard kron (73,7 milyon avro) maliyyələşmə ayırmaq niyyətindədir. Bunadək Çexiyada riskli kapitalın dövlət dəstəyi üzrə proqramlar mövcud olmayıb, halbuki Avropa İttifaqında bu, startapların maliyyələşmədən istifadəsi üçün vacib alətə çevrilib.
 
Hökumət tərəfindən təsdiq edilən Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə Milli İnnovasiya Fondunun yaradılması üzrə layihə çərçivəsində həmçinin Avropa strukturlarından və investisiya fondlarından 50 milyon avro və digər özəl fondlardan 32 milyon avro məbləğində vəsaitin cəlb edilməsi planlaşdırılır. Fondun investisiya fondları yaradacağı və onları idarə edəcəyi, təşkilata nəzarəti isə Çexiya Milli Bankının həyata keçirəcəyi nəzərdə tutulur.
 
Bildirilir ki, artıq 2016-cı ildə fəaliyyətə başlayacaq Milli İnnovasiya Fondu özəl investorlarla birlikdə seçilmiş layihələri dəstəkləyəcək. Startapın işə başladığı ilk vaxtlarda dövlət şirkətdə paya sahib olmaq üçün lazımi kapitalın 90 faizini təmin edə biləcək. İnkişaf etmiş startaplar üçün maliyyələşmənin məbləği lazımi investisiyaların 40 faizini təşkil edəcək.
 
Qeyd edək ki, hazırda Çexiyada vençur kapital bazarı zəif inkişaf edib və Aİ ölkələri arasında ən zəif inkişaf edənlər sırasına aiddir. Bununla əlaqədar innovativ şirkətlər maliyyələşməyə ehtiyac yarandıqda müəyyən çətinliklərlə üzləşirlər. Ölkə innovativ startaplara yatırılan investisiyaların həcminə görə Avropada sonuncu yerlərdən birini tutur, - "Payspacemagazine"  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL