waplog

Avropa bankları yeni virusa görə milyonlar itirir


Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (National Crime Agency) mütəxəssisləri yeni virusun yayılması barədə məlumat veriblər. Virusun köməyi ilə fırıldaqçılar artıq britaniyalıların bank hesablarından 20 milyon funt-sterlinq oğurlaya biliblər.

Bir neçə adla (Dridex, Bugat və Cridex) tanınan yeni virus Şərqi Avropa hakerləri tərəfindən bank müştərilərinin məxfi məlumatlarının ələ keçirilməsi məqsədilə hazırlanıb. Bununla əlaqədar agentlik əməkdaşları onlayn bankçılıq xidmətlərindən istifadə edənləri kompüterlərdə antivirus proqramlarını mütəmadi yeniləməyə çağırır.

Adətən virus qurğulara bankın rəsmi məktubu adı ilə yoluxdurulmuş elektron məktublar vasitəsilə nüfuz edir və məktublara əlavə olunan sənədlərdə saxlanılır. İlkin qiymətləndirməyə görə, təkcə Britaniyada minlərlə kompüter bu virusa yoluxub.

Agentlik əməkdaşları digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda virusu şəbəkəyə buraxan hakerlərin saxlanılması üzərində iş aparırlar. Artıq faktla bağlı bir neçə nəfər həbs edilib, - "Payspacemagazine"  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL