Mançesterin yanğınsöndürmə xidməti infraqırmızı kamera ilə təchiz edilmiş dronlardan istifadə edir
Güclü yanğın baş verdikdə yanğın yeri çox vaxt elə tüstülənir ki, nəsə görmək, demək olar, mümkün deyil. Bununla belə, Mançesterin yanğınsöndürmə xidməti bu vəziyyətdən çıxış yolu tapıb. Xilasedicilər dəstəsi drona bərkidilmiş infraqırmızı kameradan istifadə etməklə tüstülənmiş ərazidə nəsə görə biləcək.
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, 2,5 kq ağırlığında olan «Aeryon SkyRanger» kvadrokopteri 1,5 km məsafəyə 40 dəqiqə müddətində çatır. Dron 3 km hündürlüyə qalxır və saniyədə 13,5 metrdən sürətlə əsən külək istisna olmaqla istənilən hava şəraitində uça bilər və planşetin köməyi ilə idarə olunur.
Mançesterin yanğınsöndürmə xidməti bu dron modelini uyğunlaşdırıblar və artıq xidmət zamanı ondan istifadəyə başlayıblar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL