Yerli bankın onlayn xidmətləri “Elektron hökumət” portalına inteqrasiya etdiriləcək
"Unibank" özünün bir sıra onlayn xidmətlərini ölkənin vahid elektron xidmət məkanı olan "Elektron hökumət" portalına inteqrasiya etdirməyi planlaşdırır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bu gün "Elektron hökumət" portalı və "Unibank"ın mütəxəssisləri arasında baş tutmuş görüşdə vətəndaşlar üçün daha innovativ elektron xidmətlərin hazırlanması məsələsinin müzakirəsi aparılıb.
"Unibank" kreditlərin ayrılması istiqamətində risklərin azalmasına dair daha ciddi tədbirlərin alınması üçün müştərilər barədə daha ətraflı informasiyanın toplanılmasını planlaşdırır.
Bununla əlaqədar "Unibank" vətəndaşlar qarşısında əlavə sənəd tələbi qoymaq kimi ənənəvi üsul əvəzində, vətəndaş tərəfindən bu arayışların portal vasitəsilə ötürülməsini təmin etməyə hazırlaşır. Bununla da, artıq kredit üçün müraciət edən vətəndaşın ödəmə qabiliyyətini daha ətraflı təhlil etmək və düzgün dəyərləndirmə aparmaq mümkün olacaq.
Görüşdə həmçinin, elektron imzanın imkanları, onlayn imzalama vasitələri və bunun üstünlükləri, bank müştəriləri ilə onlayn sənəd mübadiləsi təşkili məsələləri müzakirə edilib.
Qeyd edək ki, ötən ilin oktyabr ayından "Elektron hökumət" portalı ilə əməkdaşlıq edən "Unibank" artıq bir ildir ki, kreditlərin sənədləşdirilməsi üçün portalın elektron arayış xidmətindən istifadə edir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL