waplog

Naxçıvan MR-də 9 ay ərzində 11 poçt şöbə və bölməsi avtomatlaşdırılıb


Cari ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 11 poçt şöbə və bölməsi avtomatlaşdırılıb, ümumilikdə 129 poçt bölməsində kommunal xidmət haqlarının yığılmasına başlanılıb.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə  muxtar respublikanın 2015-ci ilin 9 ayı ərzindəki sosial-iqtisadi inkişafına dair hesabatda məlumat verilib.
 
Hesabat dövründə Naxçıvan şəhərində, Şərur rayonunun Kürkənd və Kürçülü, Babək rayonunun Qoşadizə və Xal-xal, Culfa rayonunun Gal kəndlərində yeni poçt bölmələri istifadəyə verilib, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi əsaslı təmir edilib.
 
Eyni zamanda, Naxçıvan şəhərinin Qaraçuq və Şahbuz rayonunun Gömür kəndlərində poçt bölmələri yeni binalara köçürülüb, Ordubad rayonunun Dəstə və Kotam, Culfa rayonunun Şurud kəndlərində və Şərur rayonunda Cəlilkənddə poçt bölmələri lazımi avadanlıqlarla təmin olunub.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL