waplog

Neftçala Sənaye Məhəlləsi gələn ilin birinci yarısında fəaliyyətə başlayacaq



“Azərbaycanın bir sıra regionlarında yerli potensial nəzərə alınmaqla sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır”.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən keçirilən kollegiya iclasında bildirilib. İclasda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev vurğulayıb ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Onun sözlərinə görə, hazırda Neftçala Sənaye Məhəlləsində geniş infrastruktur şəbəkəsinin yaradılması işləri aparılır və sənaye məhəlləsi gələn ilin birinci yarısında fəaliyyətə başlayacaqdır.


Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı bir daha sahibkarlığın inkişafının prioritetliyini vurğulayıb, bu sahədə əlavə tədbirlərin görülməsinə dair təkliflərin hazırlanması, yoxlamaların tənzimlənmə mexanizminin işlənməsi, sahibkarlıq subyektlərinə əsassız müdaxilənin qarşısının alınması, lisenziyaların sayının azaldılmasına dair tapşırıqlar verib.


Kollegiya iclasında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ixracın təşviqi, qeyri-neft sektorunda istehsal edilən məhsulların rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədi ilə təkliflərin hazırlanması qərara alınıb. Qeyri-neft məhsullarına verilən mənşə sertifikatı ilə bağlı aparılan ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılmasına dair Tarif (qiymət) Şurasına müraciət edilməsi barədə qərar qəbul edilib.


Qeyri-neft ixracının artırılması, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, Qazaxıstanın Aktau şəhərində olduğu kimi, digər bölgələrdə də bu cür logistik mərkəzlərin yaradılması imkanlarının araşdırılması barədə nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilib.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL