waplog

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yeni multifunksional analiz proqramı üzərində işləyir


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yeni multifunksional analiz proqramının yaradılması üzərində işlər aparır.
 
Mərkəzdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, multifunksional analiz proqramı (Multifunctional Analysis Program (MAP)) bu yaxınlarda mərkəz tərəfindən istifadəyə verilmiş “Malware Lab” xidmətinin ikinci bölməsidir.
 
MAP - sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multifunksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama – malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz proqramı olacaq.
 
Proqramın dekabr ayınadək istifadəyə verilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, “Malware Lab”-ın məqsədi ölkəmizi hədəf alan zərərverici proqram təminatlarının analiz və müşahidə edilməsi, istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssisləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək verməkdir.

 
Aynur Vəliyeva 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL