2015-ci ilin ən bahalı qurğuları (FOTOLAR)
Ekspertlər 2015-ci ildə istifadəçilərin ixtiyarına verilmiş ən bahalı qurğuların adını açıqlayıblar. Maraqlıdır ki, «Apple» şirkətinin heç bir qurğusu ilk beşlikdə yer almayıb.
«Armill Apollo» adlı «ağıllı» qolbaq (149 min dollar)
«Pininfarina» dizayner evi avtomobil konsernləri ilə əlaqəsinə görə tanınır. Dizayner evi cari il, həmçinin kişilər üçün «Armill Apollo» adlı bahalı «ağıllı» qolbaq yaradıb. Sözügedən qurğu jestləri «tanıyır», ev və ya avtomobillərin idarəetmə sistemlərinə inteqrasiya olunur.
Qurğunun korpusunun 75 faizi xalis qızıl, 25 faizi isə başqa metal ərintisindən hazırlanıb. qiymətli daşlardan yerləşdirmələr var. Dəyəri 149 min dollardır.
«Sharp LV-85001» televizoru (135 min dollar)
«Sharp» şirkətinin yeni televizoru «8K» (7680x4320 nöqtə) təsvir ölçüsünü dəstəkləyir. Bildirək ki, dünyada hələ ki belə təsvir ölçüsünə uyğun televiziya yayımı yoxdur, 2016-cı ildə peyda olmalıdır. Amma artıq indi televizoru satın almaq olar.
«Hasselblad H4D 200MS» fotoaparatı (45 min dollar)
Dünyanın ən yaxşı istehsalçılardan biri olan «Hasselblad» şirkətinin qabaqcıl «H4D 200MS» modelinin dəyəri 45 milyon dollardır. Aparat 200 milyon piksel təsvir ölçüsünə malikdir.
«Savelli» smartfonu (8600 dollar)
«Savelli» şirkətinin smartfonu olduqca sadə texniki xarakteristikalara malikdir, lakin qurğunun korpusu qızıl, qiymətli daşlar və dəri ilə bəzədilib.
Ən sadə modelin dəyəri 8600 dollar, çəhrayı qızıl və 400 zümrüd ilə işlənmiş ən bahalı modelin dəyəri isə 250 min dollardır.
«Astell&Kern AK380» “Hi-Fi” pleyeri (4300 dollar)
Eksklüziv texnika istehsalçıları yalnız görünüşə deyil, həm də keyfiyyət xarakteristikalarına önəm verirlər. Futuristik stildə hazırlanmış yeni «Astell&Kern AK380» Hi-Fi pleyeri /deyilənlərə nümunədir. 32 bit/384 kHz kodlaşdırmasına malik səs dəyişilmədən və sıxılma olmadan səsləndirilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL