İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yeni elektron xidmət tətbiq edir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilin sonuna kimi daha bir elektron xidmət göstərməyə başlayacaq.
Fonddan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, bu ilin sonuna kimi yeni elektron xidmətin artıq istifadəyə verilməsi gözlənilir.
“Bu ilin sonuna kimi güzəştli kreditlərin verilməsi üçün müraciətlərin və sənədlərin elektron formada qəbuluna başlanılacaq. Hazırda xidmətin proqram təminatının hazırlanması istiqamətində işlər aparılır”,- deyə fondda bildiriblər.
Fond tərəfindən güzəştli kreditlər innovativ layihələrin həyata keçirilməsi, yeni texniki qurğuların yaradılması, İKT məhsullarının istehsalı, yeni texnologiyaların tətbiqi ilə xidmətlər göstərilməsi, proqram təminatı vasitələrinin yaradılması, informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində xidmətlərin yaradılması və İKT sahəsində digər xidmətlərin göstərilməsinə ayrılır.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına verilən güzəştli kreditlər ASC müvəkkil banklar - “Paşa Bank”, “Dəmir Bank” , “Bank Respublika”, “Rabitəbank”, Bank “BTB” tərəfindən ayrılır.
Fond verdiyi kreditlər üç kateqoriyaya bölünür: kiçik həcmli kreditlər (3 ilədək) -10 -50 min manat, orta həcmli kreditlər (5 ilədək) - 50.001-500 min manat, böyük həcmli kreditlər (10 ilədək) 500.001 – 5 milyon manat təşkil edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL