Naxçıvan rəqəmli televiziya yayımı xidmətlərini göstərməyə başlayır
Azərbaycanın ilk kabel televiziyası operatoru "B&B TV" şirkəti Naxçıvanda test rejimində rəqəmli televiziya yayımı üzrə kommersiya xidmətləri təqdim edir.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, Naxçıvanda təqdim ediləcək tarif paketləri daha sərfəli qiymətlə təklif ediləcək.
"Bizim Naxçıvanda oktyabr ayının sonundan etibarən göstərəcəyimiz rəqəmli televiziya yayımı üzrə kommersiya xidmətlərinin tarifləri mövcud olan tarif paketlərinin qiymətlərindən seçiləcək. Belə ki, əsas rəqəmli yayım paketinin qiyməti 7-9 manat arasında olacaq, hər əlavə yayım paketinin tarifi isə 4-5 manat təşkil edəcək", - deyə şirkətdən bildiriblər.
Artıq Naxçıvanda, maya dəyəri və imkanları daha məhdud olan DVB-T rəqəmli formatda sosial paketin yayımı təşkil edilib. Sosial paketə bütün yerli kanallar və iki Naxçıvan kanalı daxildir.
Yerli kanallar HD formatında yayımlanır. DVB-T2 formatında kommersiya paketinə isə 84 kanal daxildir. Bu xidmətlər Duzdaq, Dəstə, Sədərək, İbadulla rayonlarında təqdim ediləcək.
Kommersiya əsasında əhaliyə üç cür yayım paketi - "Film paketi", "İdman paketi" və "Bilik paketi" təqdim ediləcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL