waplog

Noutbukların qlobal tədarükündə yenidən artım qeydə alınıb


«Digitimes Research»in analitikləri iddia edir ki, 2015-ci ilin sentyabrında noutbukların qlobal tədarükü üzrə artım qeydə alınıb.
 
Mütəxəssislərin fikrincə, yeni «Windows 10» əməliyyat sisteminin (ƏS) və «Intel Skylake» prosessorlarının çıxarılması noutbuk seqmentində yenidən müsbət dinamikaya qayıtmağa imkan yaradıb. Ekspertlər hesab edirlər ki, məhz bu amillər sayəsində cari ilin üçüncü rübündə noutbukların qlobal tədarükü ötən rüblə müqayisədə 6 faiz artıb. Amma 2014-cü ilin iyul-sentyabr ayları ilə müqayisədə tədarükün həcmi 9,1 faiz azalıb.
 
Qeyd edək ki, bundan əvvəl «IDC» və «Gartner» şirkətinin analitikləri  masaüstü sistemlər və noutbukları əhatə edən qlobal FK bazarı üzrə məlumatlarını dərc ediblər. Birinci analitik şirkət ötən rüb 11 faiz azalma, ikinci şirkət isə 7,7 faiz azalma qeydə alıb.
 
Beş ən iri noutbuk istehsalçısı arasında yalnız «Apple» korporasiyası üçaylıq deyil, həm də illik hesablama üzrə nəticələrini yaxşılaşdırmağa nail olub. «Wintel» («Windows» ƏS və «Intel» prosessoru ilə işləyən qurğular) platformasında yığcam kompüterlər istehsal edən başqa şirkətlərin əksəriyyəti yalnız ötən rüblə müqayisədə tədarükü artırıblar.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL