2014-2020-ci illərdə qlobal «IPTV» bazarının orta illik artım sürəti 18,1 faiz təşkil edəcək
«Transparency Market Research» agentliyinin tədqiqatçılarının proqnozuna görə, «IPTV» bazarı sorğu üzrə video və «HD» formatlı məzmuna tələbatı artıracaq. Analitiklərin məlumatına görə, 2014-2020-ci illərdə qlobal «IPTV» bazarının orta illik artım sürəti 18,1 faiz təşkil edəcək: 2013-cü ildə 29,94-dən 2020-ci ildə 79,38 milyard dollaradək yüksələcək.
«ICTnews.az» saytı «tdaily.ru» saytına istinadən yazır ki, əsas «IPTV» xidmətlərinə inteqrasiya olunan interaktiv həllər, «IPTV» provayderlərinin xidmət dəyərinin azalması, həmçinin bütövlükdə televiziya baxışı texnologiyalarının inkişafı «IPTV» bazarının hərəkətverici qüvvəsidir.
Analitiklər bildirirlər ki, «IPTV» yalnız kütləvi xidmətlər bazarında deyil, həm də korporativ seqmentdə aktiv tələbata malikdir.
«Transparency Market Research» şirkətinin hesabatına əsasən, Avropa hələ 2013-cü ildən qlobal «IPTV» bazarında liderdir, dünya bazarının 38 faizi onun payına düşür, region, həmçinin artım tempinə görə fərqlənir: bu, xidmətin ucuzluğu, genişzolaqlı internetə çıxışın nüfuzetmə səviyyəsinin artması, həmçinin müvafiq infrastrukturun inkişafı ilə izah edilir.
Lakin 2014-dən 2020-ci ilədək dövrdə Asiya-Sakit okean regionu (Yaponiya istisnadır) liderliyə yüksələcək: «IPTV» bazarının orta illik artım sürəti 21,1 faiz təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL