MTN “Elektron hökumət” portalı vasitəsilə lisenziyaları elektron formada verməyə başlayıb
"Elektron hökumət" portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyalar elektron formada verilir. "Ictnews.az" elektron xəbər xidməti bildirir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) Texniki təchizat və proqram təminatı şöbəsi müdirinin müavini Qabil Abbasov məlumat verib. MTN-in təqdim etdiyi elektron xidmətlər haqqında danışan şöbə müdiri vurğulayıb ki, hazırda təmsil etdiyi nazirlik 12 xidmət üzrə fəaliyyəti elektron formada həyata keçirir. Onun sözlərinə görə, nazirliyin layihəsi olan elektron naviqator – "GoMap.az" xəritəsinə yeni xidmətlər inteqrasiya edilib. İlin sonunadək nazirliyin 147 çağrı xətti tam istifadəyə veriləcək.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL