waplog

Avropa komissarı: Avropa Komissiyası internetdə beynəlxalq miqyasda «təmizləmə» təklif edib


Avropa Komissiyası dünyanın aparıcı provayderlərinə terror məzmunlu materialların silinməsi üçün internetdə «təmizləmə» aparmaq təklifilə müraciət edib. Bu haqda miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə Avropa komissarı Dimitris Avramopulos Belçikanın «Soir» qəzetinə müsahibəsində məlumat verib.
 
 
"Biz «Google» və «Microsoft» daxil olmaqla dünya informasiya bazarının aparıcı iştirakçılarına məxsus resurslardan radikal və ya terror məzmunlu mesajlar silinməsi məqsədi ilə onlarla danışıqlar aparırıq. Avropa Komissiyasının dünya şəbəkəsinin bütün provayderlərinə rəsmi çağırışı 2 dekabr tarixində Brüsseldə səsləndiriləcək" -  Dimitris Avramopulos bildirib.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL