Qərb Universitetində işıq texnologiyaları ilə bağlı elmi-praktiki seminar keçiriləcək
Qərb Universiteti, BMT Baş Assambleyasının 2015-ci ilin “İşıq və İşıq Texnologiyalari ili” çərçivəsində noyabrın 27-də elmi-praktiki seminar keçirəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, elmi-praktiki seminarda “İşığın və işıq texnologiyalarının insanların gündəlik həyatına təsiri və gələcəkdə qlobal inkişafda onların rolu”, “Dizayn, memarlıq, kommunikasiya sahələrində işıq və işıq texnologiyalarının rolu”, “İşıq texnologiyaları elmin və incəsənətin müxtəlif sahələrində əlaqələndirici bir vasitədir”, “Maddi-mədəni irsin qorunmasında işıq və işıq texnologiyalarının rolunun izahı”, “Optik texnologiyalar və incəsənət” mövzularında məruzələr təqdim ediləcək.
Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 2013-cü ildə qəbul etdiyi qərara əsasən 2015-ci il “Beynəlxalq işıq və işıq texnologiyaları ili” elan edilib. İnsanların həyatında işığın əhəmiyyəti haqqında ictimai fikrin formalaşmasını əsas tutaraq, energetika, təhsil, incəsənət, kənd təsərrüfatı, səhiyyə sahələrinin inkişafında optik texnologiyaların rolunun izah edilməsi və beynəlxalq əməkdaşlığın əhəmiyyətini artırmaq üçün BMT bu təşəbbüsü irəli sürüb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL