waplog

“Azərkosmos” ASC və Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında ikitərəfli görüş keçirilib


Qafqazın ilk peyk operatoru "Azərkosmos" ASC-nin Bakı ofisində Qazaxıstanın "Qarış Saparı" şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə şirkət nümayəndəsinə "Azərkosmos" ASC, "Azerspace-1" peyki və onun texniki xüsusiyyətləri, "Azersky" peykinin tətbiq sahələri və Azərbaycanın 2017-ci ildə orbitə çıxaracağı ikinci telekommunikasiya peyki haqqında  ətraflı məlumat verilib.
 
Qeyd edək ki,  "Qarış Saparı"  şirkəti Qazaxıstan Respublikasının dövlət sərəncamına əsasən 2005-ci ildə  kosmik sahənin inkişaf etdirilməsi, bu sahədə kosmik əməliyyatların aparılması məqsədilə  yaradılıb.
 
 Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıqların  istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyətinə aiddir.
 
 İkitərəfli əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə Azərbaycan və Qazaxıstan  mütəxəssislərinin birgə layihələrinin  təşkil olunması, Yer səthinin məsafədən müşahidə peyki "Azersky"-ın imkanlarından birgə istifadəyə  dair müzakirələr aparılıb.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL