waplog

Elektron xidmətlərin gənclər arasında təbliği ilə bağlı növbəti seminar keçirilib


Gənclərin elektron xidmətlərlə bağlı maarifləndirilməsi məqsədi daşıyan növbəti seminar Bakı Ali Neft Məktəbində baş tutub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkil etdiyi seminarın mövzusu “Elektron hökumət və gənclər” olub.
 
Seminarda “Elektron hökumət” portalının mütəxəssisləri “E-hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları haqqında danışıb.
 
Portal üzərindən göstərilən e-xidmətlərdən məhz gənclər üçün nəzərdə tutulmuş və daha çox istifadə olunan elektron xidmətlər real rejimdə test edilərək nümayiş etdirilib.
 
Seminarda aktiv iştirak edən tələbələrə e-imza sertifikatları, kart oxuyucular, portalda qeydiyyatdan keçmək üçün kod/parollar və  digər hədiyyələr təqdim olunub.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL