İran «Telegram» messencerini bloklayıb
İran «Telegram» messencerinin trafikini tamamilə blok edib. Bu haqda xidmətin yaradıcısı Pavel Durov öz «Twitter» hesabatında yazıb.
«ICTnews.az» saytı «macdigger.ru» saytına istinadən yazır ki, "İranın İnformasiya və Rabitə Nazirliyi onları casus və senzura alətləri ilə təmin etməyi «Telegram»dan (bizdən) tələb edib. Biz bu tələbə əhəmiyyət vermədikdə isə onlar bizi blokladılar" – Durov yazıb.
Durov bildirib ki, «Telegram» messencerinin komandası «p2p» protokolu üzərində işləyir. Mərkəzləşdirilmiş server olmadan "istifadəçidən istifadəçiyə" prinsipi üzrə pirinq şəbəkəsi belə blokları aradan qaldırmağa imkan verəcək.
Müxtəlif ölkələr kommunikasiyalara müdaxilə cəhdləri ilə tanınır. Məsələn, Böyük Britaniyanın baş naziri Devid Kemeron şifrləmə ilə bağlı belə demişdi: "İnternetdə oxunulmayan ünsiyyəti qadağan etmək lazımdırmı?– «WhatsApp», «iMessage» və başqa xidmətləri nəzərdə tutan Kemeron cari ilin əvvəlində belə fikir səsləndirmişdi. "Bəli, lazımdır" - deyə cavab vermişdi.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL