waplog

«Microsoft» öz ödəmə sistemini işə salmağı planlaşdırır


«Microsoft» korporasiyasının korporativ vitse-prezidenti Co Belfiore «The Verge» və «Re/code» onlayn nəşrlərinə verdiyi müsahibəsində təsdiqləyib ki, şirkət şəxsi ödəmə sistemini işə salmağı planlaşdırır.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, hazırda mobil ödənişlər seqmentində güclü rəqabət var. Belə ki, «Apple» şirkəti «Apple Pay», «Google» «Android Pay», «Samsung» isə «Samsung Pay» ödəmə sisteminə malikdirlər, «LG» şirkəti isə «Gpay» ödəmə sisteminin buraxılışını planlaşdırır, buna görə «Microsoft» rəqiblərindən geri qalmamaqla bağlı qərar qəbul edib. Co Belfiore müsahibə zamanı rəsmən söyləyib ki, korporasiya «Windows» platformasında işləyəcək ödəmə sistemini işə salmağı planlaşdırır.
 
 
Həmçinin Belfiore bildirib ki, təhlükəsizlik sistemində sifətin tanınması texnologiyasından istifadə olunacaq.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL