2015-ci ilin əvvəlindən dünyada TV panellərinin tədarükü 201 milyon ədədi ötüb
2015-ci ilin iyul-sentyabrında dünyada televizorlar üçün panellərin tədarükü 69,06 milyon ədədə çataraq ötən rüblə müqayisədə 2,7 faiz və illik hesablamada 7,4 faiz artıb.
Nəticədə üç rübün yekunlarına görə TV panellərinin ümumi tədarükü 201 milyon ədədi üstələyib ki, bu da 2014-cü ilin analoji dövründən 10,6 faiz çoxdur. Bu barədə “WitsView” analitik şirkətinin hesabatında deyilir.
Hesabat dövründə TV panellərin istehsalı üzrə lider ümumilikdə 41,73 milyon ədəd tədarük edən “LG Display” şirkəti olub.
Qlobal TV bazarında ikinci yerdə müvəqqəti olaraq Tayvanın "Innolux” istehsalçısı qərarlaşıb. Üç rüb ərzində şirkət televizorlar üçün 39,06 milyon displey buraxaraq Meksika hökuməti ilə imzalanan saziş sayəsində tədarük həcmini xeyli genişləndirib.
Hazırda “Samsung” şirkəti Tayvan istehsalçısından bir qədər geri qalır. İlin əvvəlindən Cənubi Koreya şirkəti 38,76 milyon panel tədarük edib. Törəmə "Samsung Electronics” tərəfindən sifarişlərin azalmasına görə şirkət 2015-ci ildə ikinci iri TV panel istehsalçısı olacaq.
Reytinqin dördüncü pilləsinə yanvar-sentyabrda 24,77 milyon televizor displeyi tədarük edən Çinin “BOE” şirkəti yüksəlib. Şirkətin illik nəticəsi 34 milyon ədəd səviyyəsində proqnozlaşdırılır ki, bu da ötən ilin göstəricisindən 140 faiz çoxdur və rəqib "AU Optoelectronics” (AUO) və “China Star Optoelectronics Technology” (CSOT) şirkətlərini qabaqlamağa imkan verir.
“AUO” ilin əvvəlindən 20,22 milyon TV panel tədarük etməklə liderlər beşliyini tamamlayır. Bu il şirkətin 26,4 milyon televizor ekranı buraxaraq tədarük həcmini 8,3 faiz azaldacağı gözlənilir.
Reytinqi Çinin üç rüb ərzində nəticəsi 17,75 milyon TV panel təşkil edən “CSOT” şirkəti tamamlayıb. Çin istehsalçısının illik dövriyyəsi 24 milyon ədəd (-2,7 faiz) səviyyəsində proqnozlaşdırlır, - "DailyComm” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL