waplog

Çin Böyük Britaniyanın kiberməkanına müdaxilə etməyəcəyinə dair söz verib


Çin Böyük Britaniyanın kommersiya sirlərinin oğurlanması üçün kibercasusluqdan istifadə etməməyə dair söz verib.
 
 
 
Britaniyanın baş naziri Devid Kemeron deyib ki, kibercasusluqdan imtina haqda razılıq Çin və Böyük Britaniya arasında daha sıx əməkdaşlığa aparan yolda atılmış ilk addımdır. O əmin edib ki, hər iki ölkə təhlükəsizlik məsələlərinə diqqəti artıracaq və bir-biri haqda məxfi informasiyanın toplanılması və ya əqli mülkiyyətin oğurlanması ilə məşğul olmayacaq.
 
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, məlumata əsasən, son zamanlar Britaniyanın Hökumət Rabitə Mərkəzi Britaniya şirkətlərinə edilmiş kiberhücumların təhlükəli səviyyəyə çatdığını bildirib. Mərkəzin əməkdaşlarının fikrincə, kiberhücumlar Rusiya və Çindən edilib.
 
 
Çin Xalq Respublikasının sədri Si Szinpin Devid Kemeronla görüşdə, həmçinin insan hüquqları məsələsini müzakirə edib.
 
 
 
"Çin insan hüquqları ilə əlaqədar məsələdə Böyük Britaniya və başqa ölkələrlə əməkdaşlıq etməyə hazırdır" - Si Szinpin deyib.
 
 
«Amnesty International»in direktoru Keyt Allen hesab edir ki, bu vədlər çox şişirdilib.
 
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL