waplog

«Apple» iqlim dəyişikliyi ilə mübarizədə öz uğurlarını bölüşüb


«Apple» ətraf mühitin mühafizəsi sahəsində şirkətin əldə etdiyi nailiyyətlər haqda yeni məlumatları bölüşüb.
 
 
Belə ki, ABŞ şirkəti planetdə iqlim dəyişikliyi ilə mübarizədə inanılmaz uğur əldə edib. Hazırda «Apple» tərəfindən bütün dünyada istifadə olunan enerjinin 87 faizi bərpa olunan enerji mənbələrinin payına düşür, halbuki 2013-cü ildə bu göstərici 73 faiz təşkil edib.
 
Şirkətin məqsədi bütün müəssisə və binaları bərpa olunan enerji mənbələri ilə 100 faiz təchiz etməkdir. İlk dəfə «Apple Store»nin Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, ABŞ və Avstraliyada yerləşən pərakəndə mağazaları bərpa olunan enerji mənbələri ilə 100 faiz təchiz edilib.
 
 
 
«ICTnews.az» saytı «macdigger.ru» saytına istinadən yazır ki, «iqlim dəyişikliyi müasir dövrün ən böyük problemlərindən birinə çevrilib. Yeni yaşıl iqtisadiyyata keçid innovasiya, iddia və məqsədyönlülük tələb edir. Biz inanırıq ki, dünyanı daha da yaxşılaşdıracağıq və ümid edirik ki, bir çox təchizatçı, tərəfdaş və başqa şirkətlər bizi dəstəkləyəcək» - «Apple»ın baş direktoru Tim Kuk deyib.
 
 
Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL