waplog

Dövlət Miqrasiya Xidməti kompleks İKT tədbirləri həyata keçirir


Dövlət Miqrasiya Xidmətində (DMX) informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədi ilə kompleks İKT tədbirləri həyata keçirilir.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikir  DMX-nin Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Qusarda vətəndaşlar və mətbuat nümayəndələri üçün təşkil etdiyi  "Açıq qapı günü" - vətəndaş forumunda səsləndirilib.
 
Tədbirdə bildirilib ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli  Sərəncamına əsasən fəaliyyəti təmin edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. Həmçinin, VMMS-nin "Giriş-Çıxış və Qeydiyyat" İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub.
 
"Eyni zamanda, DMX-də virtual informasiya təhlükəsizliyinə, o cümlədən istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə ciddi nəzarət həyata keçirilir", - deyə forumda vurğulanıb.
 
Onu da qeyd edək ki, tədbirdə qurumun istifadəyə verdiyi 10-u "Elektron hökumət" portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL