“IE Venture Day Baku” müsabiqəsinə qeydiyyatın bitməsinə 1 həftə qalıb
Dünyanın 14 ölkəsində keçirilən "IE Venture Day" müsabiqəsi ilk dəfə cari ilin dekabr ayının 3-də Azərbaycanda təşkil olunacaq.
Məlumat üçün bildirək ki, "IE Venture Day" – perspektivli startapların, təcrübəli sahibkarların və müvəffəqiyyətli investorların ünsiyyət qurması, o cümlədən hər kəsin özü üçün yeni əlaqələr qurub biznesini inkişaf etdirə bilməsi üçün unikal platformadır. Son 4 il ərzində "IE Venture Day" müsabiqəsində iştirak edən startaplar 12 milyon avrodan çox investisiya yığmağı bacarıb.
Siz də müsabiqə üçün qeydiyyatdan keçin və ən nüfuzlu investorlarla tanış olmaq və qiymətli mükafatlar qazanmaq şansı əldə edin! Layihələrinizi göndərmək üçün son tarix 1 Noyabrdır.
Müsabiqədən başqa, "IE Venture Day" həmçinin texnologiya, sahibkarlıq və vençur kapitalı dünyasının ən məşhur spikerlərini toplayan konfransı özünd ehtiva edir. Tədbirin proqramı bir sıra mövzuları əhatə edir.
-
İnternet və mobil texnologiyalar. Silikon Vadisindən baxış. Əsas spiker: Leyn Beker, "Code for America" şirkətinin "Products & Startups"-ın müdiri
-
İnnovasiyaları necə inkişaf etdirmək olar? Ekosistemlər haqda panel. Moderator: Qeri Stüart, "Wayra" şirkətinin direktoru (Telefonica şirkətinin akseleratoru)
-
Dizayn-düşüncə. Panel moderatorları "Design Thinking BG"-nin qurucusu Elina Jeleva və SAP-da "Global Director Design Thinking" Tobias Yostdur.
Artıq bu gün qeydiyyatdan keçin və nüfuzlu investor və vençur kapitalistlər qarşısında biznes-ideyanızı təqdim etməyə hazırlaşın!
"IE Venture Day Baku" Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə, Avropanın aparıcı biznes-məktəbi "IE Business School" və Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil ediləcək.
Bu link vasitəsi ilə qeydiyyatdan keçmək mümkündür.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL