Azərbaycanda ilk dəfə hərəkətli elektromexaniki sütunlar nümayiş edilib
Azərbaycan bazarına ilk dəfə olaraq yol maneələri və avtobusu saxlamaq iqtidarında olan hərəkətli elektromexaniki sütunlar (bloklayıcılar) təqdim edilib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, qeyd edilən texnika "Özak" şirkəti tərəfindən Bakıda keçirilən "CİPS-2015" sərgisi çərçivəsində nümayiş edilib.
Müvafiq təhlükəsizlik səviyyəsinə və sertifikatlarına uyğun olan və təcrübədə sınanmış xüsusi həll variantları avtodayanacaq yerləri, biznes mərkəzləri, səfirliklər, eləcə də şirkət və ya istənilən digər obyektin girişində quraşdırıla bilər.
Şirkətin klassik formada bloklayıcılardan (tripodlar) tutmuş, eksklüziv dizaynlı modellərə qədər müxtəlif turniketləri dünyanın bir sıra idman obyektləri, ictimai müəssisələr və ofislərdə quraşdırılıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL