Sektorun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 9.6% artıb
2015-ci ilin 9 ayında “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və dövlət proqramlarında rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması və inkişafı üzrə nəzərdə tutulmuş tədbirlərin icrası üzrə tədbirlər davam etdirilib.
Həmçinin RYTN tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən “2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə” Tədbirlər Planının icrası istiqamətində tədbirlər görülməkdədir.
Hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 9.6% artaraq 1280.9 milyon manat olub (artım tempi İKT sektorunda 9.1%, İT sektorunda 20.7%, poçt sektorunda 12.8%, informasiya sektorunda isə 22.2% olub, ) sektorun ÜDM-də payı 2.1%, qeyri-neft sektorunda isə 3.0% təşkil etmişdir. Sektorda əldə olunan gəlirlərin 81.1%-i özəl sektorun payına düşüb.
Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 60.1%-i mobil operatorların payına düşüb.
Hesabat dövründə sektora 209.8 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 61.2 milyon manat investisiya yatırılıb. Sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan investisiyanın 1.8%-ni təşkil edir və ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2.2 dəfə çoxdur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL