“PİCampus” Biznes İnkubasiya Mərkəzinin rezidenti olmaq ücün onlayn olaraq 62 ərizə qəbul edilib
"Yüksək Texnologiyalar Parkı"nın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazrlanma işləri, habelə parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birlikdə həyata keçirilib, ərazinin Baş plan cizgiləri tam işlənib hazırlanıb və I faza üzrə tikiləcək binaların işci layihələrinin bir hissəsi hazırlanıb və bu istiqamətdə işləri davam etdirilir. Habelə ilkin təsərrüfat binasının layihəsi hazırlanaraq təsdiq edilib və hazırda müvafiq layihə əsasında tikintisi davam etdirilir və yaxın müddətdə tam şəkildə başa çatdırılması nəzərdə tutulur.
"Yüksək Texnologiyalar Parkı" üçün ayrılmış ərazidə ofis-istehsal sahələrinin tikintisi işlərinin yerinə yetirilməsi məqsədilə müvafiq layihələndirmə, layihə-smeta işləri, yerləşəcək ərazinin geologiya işlərinin icrasına başlanılıb.
9 ay ərzində "Yuksək Texnologiyalar Parkı"nda yaradılmış "PİCampus" Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib, Biznes İnkubatorunun rezidenti olmaq ücün onlayn olaraq 62 ərizə qəbul edilib və onlardan 17-si inkubasiya mərkəzində fəaliyyətə başlayıb.
Cari ilin 29 iyun tarixindən "YT Park" MMC-nin yeni layihəsi olan "Code Academy" proqramı fəaliyyətə başlayıb. Proqrama qoşulmaq üçün keçirilmiş imtahanın nəticələri üzrə yüksək nəticə göstərən 48 nəfərdən 18-i proqramı başa vurub və ikinci proqram çərçivəsində 30 nəfər müəyyən olunmuş və proqrama başlanılıb.
Həmçinin hesabat dövründə "YT Park" MMC Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər uzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunmuş və təşkilatın müşahidəçi üzvü secilib, MMC-nin Müşahidə Şurası haqqında Əsasnamə təsdiq olunub, habelə innovativ sahibkarlığın təbliği və dəstəklənməsi məqsədilə yerli və xarici tərəfdaşlarla birlikdə müxtəlif xarakterli seminar, konfrans və digər tədbirlər keçirilib.
Eyni zamanda ölkə başçısının müvafiq fərmanı ilə Mingəçevir "Yüksək Texnologiyalar Parkı" yaradılması qərara alınıb və Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mingəçevir YT Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən idxal edilən qurğuların hissə və ləvazimatlarında gömrük rüsumlarında güzəştlər nəzərdə tutulub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL