waplog

Azərbaycan elektron sənədlərin transsərhəd informasiya mübadiləsi üzrə qanun modellərinin müzakirəsində iştirak edəcək


Azərbaycan Regional Rabitə Birliyinin MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspert Şurasının  16-cı iclasında təmsil olunacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, noyabrın 10-da Moskvada Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində keçiriləcək tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin RRB-də nümayəndəsi Eldar Abdullazadə təmsil edəcək.
 
Ekspert Şurasının  iclasında rabitə və informasiyalaşdırma sahəsində hüquqi akt modellərinin işlənməsi prosesi müzakirə ediləcək, o cümlədən “Elektron hökumət haqqında” və “Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi haqda” hüquqi aktlar, “İnternetin tənzimlənməsinin əsasları haqqında” qanun modelinin yeni redaksiyada layihəsi ekspertlər tərəfindən baxılacaq.
 
Tədbir çərçivəsində “Üçüncü tərəflərin nümayəndələri xidmətləri və servisləri əsasında elektron notariat haqqında”, “İnformasiya cəmiyyətinin inkişafı haqqında” qanun  modellərinin hazırlanması, MDB ölkələrində infokommunikasiyaların regional monitorinqinin nəticələrinin və alətlərinin istifadəsi üzrə tövsiyələr layihəsinin hazırlanması haqda məlumat təqdim ediləcək.
 
Qeyd edilən qanun modellərinin MDB-nin 2016-2010-cu illərdə qanun yaratma modelləri üzrə perspektiv planına daxil edilməsi nəzərdə tutulub.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL